Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hələ də əhəmiyyətli hərbi potensiala malikdir
İran hələ də əhəmiyyətli hərbi potensiala malikdir

Tehran hələ də minlərlə raket, pilotsuz uçuş aparatı və Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin böyük hissəsi daxil olmaqla, əhəmiyyətli hərbi potensialını qoruyub saxlayıb.

Bizimyol.infi xəbər verir ki, bu barədə "NBC News" ABŞ kəşfiyyat xidmətlərinin hesabatlarına istinadən məlumat verib.

Bildirildiyi kimi, bu qiymətləndirmə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Hegsetin İslam Respublikasının hərbi gücünün zəiflədiyi barədə iddialarından fərqlənir. ABŞ kəşfiyyat xidmətlərinin hesablamasına görə, İran “Hərbi Hava Qüvvələrinin vasitələrinin yarısından çoxuna” malikdir, əlavə olaraq “Hərbi Dəniz Qüvvələrinin xüsusi gəmilərinin yarısından çoxu zədələnməyib”.

"NBC News" həmçinin xatırladır ki, keçən həftə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Adams qanunvericilərə bildirib ki, İslam Respublikasının “minlərlə raket və kamikadze dronları” var.

Əvvəllər ABŞ prezidenti "Truth Social" platformasında İrana qarşı atəşkəs rejimini, vaxtı yaxınlarda başa çatmalı olan, uzatmaq niyyətini açıqlamışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »