Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq Aytən Ələkbərova: “Qadınların güclü müşahidə qabiliyyəti onların psixoloji intuisiya instinkti ilə bağlıdır”
Psixoloq Aytən Ələkbərova: “Qadınların güclü müşahidə qabiliyyəti onların psixoloji intuisiya instinkti ilə bağlıdır”

Aparılan araşdırmalar qadınların verdiyi sualın 70 %-nin cavabını bildiyi ortaya çıxdı.

Bizimyol.info xəbər verir ki, “İntuisiya Psixologiyası və Gender Ünsiyyət Nümunələri”ndə bildirilib ki, qadınların soruşduqları sualın əslində 70 %-nin cavabını öncədən bələd olduğunu göstərir. Beynin empatiya və detalları qavrama mərkəzlərinin qadınlarda daha aktiv olması, bu intuitiv üstünlüyü elmi olaraq da dəstəkləyir.

  • Qadınların verdiyi sualların çox hissəsinin cavabını əvvəlcədən bilməsi psixoloji olaraq necə izah oluna bilər?

Psixoloq Aytən Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qadınlar istər iş mühitində, istərsə də ailə münasibətlərində daha diqqətli müşahidəçi olurlar: “Qadınların verdiyi sualların təxminən 70%-nin cavabını əvvəlcədən bilməsi onların müşahidə qabiliyyəti ilə bağlıdır. Çünki qadınlar istər iş mühitində, istərsə də ailə münasibətlərində daha diqqətli müşahidəçi olurlar. Hətta kiçik yaşlardan etibarən qız uşaqları valideynlərini müşahidə edərək münasibətlərdə kimin haqlı və ya günahkar olduğunu asanlıqla müəyyən edə bilirlər.

Məsələn, onlar atalarının analarına qarşı davranışındakı dəyişiklikləri, hətta soyuma əlamətlərini belə hiss edə bilirlər. Eyni zamanda anaları ilə ünsiyyət zamanı bir-birinə kömək göstərirlər.

Təbii ki, dinlədiklərimizə və nəzəri biliklərə əsaslanaraq bu məsələləri sadəcə sosial düşüncə kimi deyil, psixoloji baxımdan da izah edə bilirik. Qadınların hər şeyi öncədən hiss etməsi ilk növbədə empatiya hissi ilə bağlıdır. Eyni zamanda bunu instinkt də adlandırırıq; yəni hissiyyatın həddindən artıq yüksək səviyyədə olması ilə əlaqədardır.

Bəşəriyyət qadına “ana” olmaq kimi mühüm bir rol veribsə, bu da onların təbii xüsusiyyətləri ilə bağlıdır. Əvvəlki dövrlərə baxdıqda görürük ki, qadınların nə xüsusi tibbi avadanlıqları olub, nə də tez-tez həkimə müraciət etmək imkanları. Xüsusilə əyalətlərdə yaşasalar belə, onlar hamilə olduqlarını öz bədənlərini müşahidə edərək hiss edə bilirdilər”.

Aytən Ələkbərova həmçinin əlavə edib: “Qadınların dəyərini bilmək vacibdir. Onların güclü empatiya və müşahidə qabiliyyətinə güvənərək, hətta iş mühitində də fikirlərindən istifadə olunmalıdır. Çünki qadın müşahidəsi çox güclüdür və onların dediklərinin tez-tez təsdiq olunduğunu görürük. Bu da onların psixoloji olaraq hiss etmə instinktinin güclü olması ilə bağlıdır və bəzən hətta ümumi vəziyyətlərinə, o cümlədən immunitetlərinə belə təsir göstərə bilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »