ABŞ-ın Rusiya neftinə qarşı dayandırılmış sanksiyaları yenidən qüvvəyə minib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat verib.
Qəzet qeyd edir ki, sanksiyalar ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiyaya tətbiq olunan azadolma müddətini uzatmamasından sonra qüvvəyə minib.
Əvvəllər ABŞ Maliyyə Nazirliyi 12 mart tarixinədək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına tətbiq olunan sanksiyaları ləğv etmişdi. Nazirliyin Xarici Aktivlərin Nəzarəti İdarəsi tərəfindən yayımlanan ümumi lisenziya bu əməliyyatlara 11 aprel tarixinədək icazə verirdi.
Bizimyol.info






