Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Prabovo Subiyantoya samovar hədiyyə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Verilən məlumata görə, Moskvadakı görüşdən sonra Putin şəxsən Prabovo Subiyantonu xidməti avtomobilinə qədər müşayiət edib. Ayrılarkən hər iki lider bir-birinə hədiyyələr təqdim edib. Putin Prabovoya samovar verərkən, İndoneziya prezidenti cavab olaraq batik naxışlı gül vazası və Yava adasındakı Borobudur məbəd kompleksinin kiçik maketini təqdim edib.
Agentlik qeyd edir ki, hər iki lider hədiyyələr üçün bir-birinə təşəkkür edib. Hədiyyə mübadiləsi uzunmüddətli dostluq və hər iki ölkənin qarşılıqlı münasibətləri möhkəmləndirməyə olan səylərinin rəmzi olaraq qiymətləndirilir.
Bizimyol.info






