Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pezeşkiyan: Atəşkəsin davamı qarşı tərəfin öhdəliklərinə əməl etməsindən asılıdır
Pezeşkiyan: Atəşkəsin davamı qarşı tərəfin öhdəliklərinə əməl etməsindən asılıdır

İran Prezidenti Məsud Pezeşkiyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında bölgədə davamlı sabitlik və təhlükəsizliyin təmin olunması üçün atəşkəs məsələsini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, görüş zamanı ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü, atəşkəsin icrası və savaşın tamamilə dayandırılması yolları gündəmə gətirilib.

Pezeşkiyan Türkiyənin İrana qarşı təcavüzü qınayan mövqeyini və türk xalqının həmrəyliyini yüksək qiymətləndirib. O, qeyd edib ki, İran məsuliyyətli davranaraq qonşu və dost ölkələrin savaşın dayandırılması və atəşkəsin təmin olunması çağırışlarını qəbul edib və atəşkəsin davamı qarşı tərəfin öhdəliklərinə səmimi şəkildə əməl etməsindən asılıdır.

Prezident Pezeşkiyan həmçinin İsrailin bölgədə gərginliyi artıran hərəkətlərinə qarşı İslam ölkələrinin həmrəylik göstərməsinin vacibliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin ABŞ və Sionist rejimə (İsrail) təzyiq göstərməsinin zəruriliyini qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə görüşdə İran rəhbərliyinə, hökumətinə və xalqına uğurlar arzulayaraq, şəhidlər üçün başsağlığı, yaralılar üçün isə şəfa diləyib. Ərdoğan, Türkiyənin bölgədəki dost ölkələrlə əməkdaşlığa hazır olduğunu və savaşın dayandırılmasından məmnunluğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »