Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev: Rusiya qonşularının Aİ üzvlüyünə tolerant yanaşmanı dayandırmalıdır
Medvedev: Rusiya qonşularının Aİ üzvlüyünə tolerant yanaşmanı dayandırmalıdır

Rusiya qonşu ölkələrinin, o cümlədən Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə tolerant yanaşmanı dayandırmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Max" kanalında yazıb.

“Qonşularımızın hərbi-iqtisadi Avropa İttifaqına üzvlüyünə tolerant münasibəti dayandırmaq vaxtıdır. Bu, 404-cü ölkəni də əhatə edir,” – deyə Medvedev qeyd edib.

O əlavə edib ki, bunu artıq Rusiya Prezidenti Vladimir Putin xeyli yumşaq şəkildə edib. Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Moskva İrəvanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına sakit yanaşır, lakin Ermənistan eyni anda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında ola bilməz.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »