ABŞ Prezidenti Donald Tramp televiziya müraciətində bildirib ki, İran əleyhinə hərbi əməliyyatlar yekun mərhələyə yaxın olsa da, dəqiq bitmə vaxtını açıqlamayıb, sadəcə “çox yaxın gələcəkdə” ifadəsini işlədib.
Bizimyol.info xəbər verir ki, Tramp deyib ki, ABŞ “plan üzrə” irəliləyir və müəyyən edilmiş strateji hədəflərə yaxınlaşır.
“Ölkə dağıdılıb və artıq İran ABŞ üçün ciddi təhdid yaratmır. Biz işi bitirəcəyik və bunu çox tez edəcəyik. Məqsədimizə çatmağa yaxınıq”, – deyə o bildirib. Hərbi əməliyyatların strateji hədəflər tam həyata keçirilənədək davam edəcəyi vurğulanıb.
Prezident əlavə edib ki, yaxın günlərdə ABŞ İranın obyektlərinə güclü zərbələr endirəcək və onları “Daş Dövrünə qaytaracaq”. Razılıq əldə olunmasa, ABŞ “hər bir elektrik stansiyasına, ehtimal ki, eyni zamanda” zərbələr endirə bilər.
Tramp İrana qarşı ittihamlar səsləndirərək qeyd edib ki, Tehran dünya təhlükəsizliyini pozur və nüvə proqramını davam etdirir: “Hər kəs deyir ki, İranda nüvə silahı olmamalıdır, amma sadəcə sözlərlə bu olmaz. Biz bu təhlükəni aradan qaldırmaq üzrəyk”, - deyə o bildirib.
Prezident həmçinin ABŞ-ın enerji resurslarının böyük olduğunu, qaz hasilatını artırmaq və Venesuela ilə əməkdaşlığı planlaşdırdıqlarını bildirib. Benzinin qiymətinin qısa müddətli artımını isə İrana bağlı olduğunu bildirib.
Mətbuat məlumat verir ki, Trampın çıxışından sonra maliyyə bazarlarında indekslər düşüb, neft qiymətləri artıb, dollar möhkəmlənib, lakin müharibənin bitmə vaxtı ilə bağlı aydınlıq verilməyib.
Qadir, Bizimyol.info






