Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Təl-Əviv də daxil olmaqla İsrail ərazilərinə hücum edib
İran Təl-Əviv də daxil olmaqla İsrail ərazilərinə hücum edib

İran İsrailin mərkəzində, cənubunda və şimalında hədəflərə raket zərbələri endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.

Bəyanata görə, İİKK-in hava-kosmik qüvvələri ağır raket sistemləri Emad, Xorramşahr-4 və Qadr vasitəsilə Bney-Brakda İsrailin arxa cəbhə komandanlığı ofislərini, eləcə də Təl-Əviv, Beerşeva, Qalileya və Neqev bölgələrində, Təl-Nof hava bazasında və Arad şəhərində hədəfləri vurub.

Eyni zamanda, İran İraqda, Küveytdə və BƏƏ-də ABŞ bazalarına raket və pilotsuz uçuş aparatı (PUA) zərbələri endirib. İsrail və ABŞ bazalarına hücuma Livanın “Hizbullah” təşkilatı, həmçinin İraq və Yəmənin Müqavimət qüvvələri də qoşulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »