Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran: Xarici təhdidlərə qarşı “lazımi çəkindirmə səviyyəsinə” qədər müdafiə olunacağıq
İran: Xarici təhdidlərə qarşı “lazımi çəkindirmə səviyyəsinə” qədər müdafiə olunacağıq

İran xarici təhdidlərə qarşı “lazımi çəkindirmə səviyyəsinə” qədər müdafiə olunacağını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tasnim agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bir sıra ölkələrdən olan vasitəçilər ABŞ və İsraillə hərbi əməliyyatların dayandırılması təklifi ilə Tehrana müraciət ediblər. Lakin İran tərəfi bu çağırışlara cavab olaraq, xarici təhdidlərə qarşı zəruri səviyyəyə qədər müqavimət göstərəcəyini bildirib. Qeyd olunur ki, bu təkliflər ABŞ-İsrail hücumlarının ilk günündən etibarən irəli sürülüb.

Bundan əvvəl Ağ Evin rəhbəri Vaşinqton və Tehran arasında son iki gün ərzində Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması ilə bağlı “yaxşı və məhsuldar” danışıqlar aparıldığını açıqlayıb.

ABŞ prezidenti həmçinin bildirib ki, davam edən məsləhətləşmələrlə əlaqədar Pentaqona İranın enerji infrastrukturuna zərbələrin beş gün müddətinə təxirə salınması barədə göstəriş verib. Danışıqların bir həftə ərzində davam edəcəyi gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »