Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdır. Hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(apa)






