Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Dieqo Qarsiyaya ballistik raket hücumunu təsdiqləyib
İran Dieqo Qarsiyaya ballistik raket hücumunu təsdiqləyib

İran hakimiyyəti Hind okeanındakı Dieqo Qarsiya adasındakı Britaniya-Amerika birgə bazasına iki ballistik raket atdığını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, bu atış ABŞ ilə qarşıdurmada "əhəmiyyətli bir addım"dır.

Əlavə məlumat verilməyib. "The Wall Street Journal" əvvəllər ABŞ ordusunun raketlərdən birini ələ keçirmək üçün "SM-3" raketi göndərdiyini iddia etmişdi, lakin bu əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »