İran ABŞ və İsrailin İslam Respublikasının enerji infrastrukturuna hücumlarına cavab olaraq zərbələrini hələ də tamamlamayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib.
"Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə ciddi səhvə yol vermisiniz və cavab tədbirləri artıq başlayıb və hələ başa çatmayıb", - deyə dövlət televiziyası onun sözlərini sitat gətirib. İran Silahlı Qüvvələri həmçinin xəbərdarlıq edib ki, bu cür zərbələr təkrarlanarsa, cavab hazırkı hücumlardan daha sərt olacaq.
Bizimyol.info






