Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ nümayəndə heyəti, 19 mart səhər Müstəqillik Sarayında görüşüb. Görüşün protokol hissəsi yeddi dəqiqə yarım davam edib, prezident bu müddətdə danışıqlar mövzularını müəyyən edib. Bundan sonra mətbuat zalı tərk edib və danışıqlar gizli formatda davam etdirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti ilə yaxınlığı olan "Pul Pervogo" Telegram-kanalı məlumat yayıb.
Nümayəndə heyətinə ABŞ Prezidenti tərəfindən Belarus üzrə xüsusi elçi Con Koul rəhbərlik edir. Koul sentyabr 2025-dən bəri bir neçə dəfə Minskə səfər edib və Lukaşenko ilə danışıqlar aparıb. Dekabr ayında keçirilən əvvəlki görüşün nəticələrinə görə, ABŞ Belarus kalisininə tətbiq olunan sanksiyaları ləğv etdiyini açıqlayıb. Bundan əvvəl ABŞ tərəfi "Belavia" şirkətinə qarşı tətbiq olunan məhdudiyyətləri də aradan qaldıracağını bildirmişdi.
Görüş çərçivəsində Lukaşenko bir sıra məhbusların əfv olunması barədə qərarlar verib. "Pul Pervogo" xəbər verir ki, keçən ilin noyabrından indiyə qədər ümumilikdə 156 nəfər əfv olunub. Əfv olunanlar arasında Avstraliya, Böyük Britaniya, Latviya, Litva, ABŞ, Ukrayna və Yaponiya vətəndaşları var.
Bizimyol.info






