Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq Oqtay Qasımov: "İranda həbsxananın vurulması beynəlxalq aləmdə, həmçinin Amerika cəmiyyətində ciddi etirazlara səbəb ola bilər"
Politoloq Oqtay Qasımov: "İranda həbsxananın vurulması beynəlxalq aləmdə, həmçinin Amerika cəmiyyətində ciddi etirazlara səbəb ola bilər"

ABŞ-ın “CBS News” kanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı kifayət qədər sərt və üstüörtülü mesaj verdi. O, Evin həbsxanasında saxlanılan ABŞ vətəndaşlarının taleyini birbaşa Vaşinqton və Təl-Əvivin addımlarına bağladı. Yəni açıq şəkildə deməsə də, “hücum olarsa, nəticəsinə də özünüz cavabdehsiniz” mesajını verdi. Bu cür yanaşma həm diplomatik təzyiq, həm də psixoloji təsir vasitəsi kimi görünür. Məsələ təkcə həbsdə olanların təhlükəsizliyi yox, regiondakı ümumi gərginliyin hansı həddə çatacağı ilə də bağlıdır.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının vətəndaşlarının İranda həbsxanada saxlanması yeni xəbər deyil və onların sağlamlığı İran rejimindən asılı olan bir məsələdir: “Əraqçının verdiyi cavaba – "Amerika və İsrail həbsxanalara hücum etməsə, onlar sağ qalacaq" - əsasən hesab etmirəm ki, Amerika Birləşmiş Ştatları və ya İsrail İran həbsxanalarına raket zərbələri endirəcək. Bu, qətiyyən onların maraqlarına cavab vermir. Əksinə, həbsxanada olan insanların əksəriyyəti rejimə müxalif olduqlarından, xüsusilə də Evin həbsxanası siyasi məhbusların saxlanıldığı bir həbsxanadır. Bu səbəbdən də düşünmürəm ki, İsrail bu addımı atsın. Qətiyyən ağlabatan məsələ deyil. Bu, sadəcə olaraq İran tərəfindən yayındırıcı cavab kimi qəbul olunmalıdır”.

Oqtay Qasımov Oqtay Qasımov

Amerika Birləşmiş Ştatlarının İranda yerləşən həbsxananı hədəf seçə bilmə ehtimalı ilə bağlı politoloq qeyd edib ki, belə bir hədəfin seçilməsi və vurulması nəinki beynəlxalq aləmdə, o cümlədən Amerika cəmiyyətində olduqca ciddi etirazlara səbəb ola bilər: “Amerikanın və İsrailin İranda konkret hədəfləri var. Bunlar hərbi, strateji hədəflərdir. Həbsxanalar heç bir halda strateji hədəf siyahısına daxil deyil. Bu baxımdan, istisna olunur”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »