Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakan Fidan Lavrova Türkiyənin Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu deyib
Hakan Fidan Lavrova Türkiyənin Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu deyib

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

Hakan Fidan Lavrovla Ukrayna münaqişəsinin vəziyyətini müzakirə edib və Türkiyənin yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Mənbə bildirib ki, söhbət zamanı həmçinin enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Bundan əlavə, Fidan Lavrov ilə Yaxın Şərqdəki münaqişələrin dayandırılması və diplomatik həll yolları imkanlarını da müzakirə edib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »