Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“USS Gerald R. Ford” aviadaşıyıcısındakı yanğını 30 saatdan çox söndürmək mümkün olmayıb
“USS Gerald R. Ford” aviadaşıyıcısındakı yanğını 30 saatdan çox söndürmək mümkün olmayıb

ABŞ-ın “USS Gerald R. Ford” aviadaşıyıcısında baş verən yanğını ekipaj üzvləri 30 saatdan çox söndürə bilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) bir neçə gəmiçiyə istinadən xəbər yayıb.

Qəzet xatırladıb ki, yanğın 12 mart tarixində gəminin əsas paltarxanasında başlayıb. Yanğının söndürülməsində iştirak edən iki nəfər xəsarət alıb, onlarla nəfər isə zəhərli qazdan zəhərlənib. Onların həyatına heç bir təhlükə yoxdur. Həmçinin, yanğın nəticəsində şəxsi əşyalarla yanaşı, 600-dən çox dənizçinin yataqları da yanıb və indi onlar “yer və masaların üzərində yatmağa məcbur olublar”.

"NYT" qeyd edib ki, “USS Gerald R. Ford”da 4,5 min dənizçi və uçuş dəstəsi pilotları yerləşdirilib. Aviadaşıyıcı artıq 10 aya yaxındır səfərdədir.

12 mart tarixində ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dənizdə olan və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən gəmidə yanğın baş verdiyini açıqlayıb. Sonradan İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı nümayəndəsi iddia edib ki, ABŞ hərbçiləri özü yanğın törədərək İrana qarşı döyüş əməliyyatlarında iştirak etməmək üçün bunu ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »