Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukraynanın Avropa Birliyinə qəbulu: Bəzi ölkələr 10–20 il gözləyir”
“Ukraynanın Avropa Birliyinə qəbulu: Bəzi ölkələr 10–20 il gözləyir”

Avropa Birliyinin bəzi üzv ölkələri Ukraynanın islahatlarının effektivliyini yoxlamaq və AB-yə üzvlüyü bir qədər gecikdirmək istəyir.

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük məsələləri üzrə vitse-prezidenti Taras Kaçka RBC-Ukraina ilə müsahibəsində bildirib.

“Almaniya kimi ölkələr deyir ki, bu bizim üçün çox vacib məsələdir, bizə etibar lazımdır. Ona görə də siz islahatlar aparacaqsınız və bizə təxminən 20 il lazımdır ki, sizin hər şeyin işlədiyinə əmin olaq. Bu, onu qəbul etmədiyimiz üçün deyil, sadəcə etibar qazanmaq lazımdır,” – deyə Kaçka vurğulayıb.

Vitse-prezident bildirib ki, Balkan ölkələrinin AB-yə üzvlüyü uzun çəkmişdi, çünki əvvəlki metodologiya tələb edirdi ki, islahatların aparılması ilə kifayətlənilməsin, həm də onların geri dönməz olduğunu sübut etmək lazım idi.

“Biz nə edə bilərik? Hamımız yaxşı xatırlayırıq ki, Ruminiya və Bolqarıstan AB-yə üzv olanda xüsusi nəzarət və təsdiq mexanizmi CVM (Cooperation and Verification Mechanism) yaradılmışdı,” – deyə Kaçka əlavə edib.

O izah edib ki, həmin vaxt Avropa Komissiyası Ruminiyanın üzv olmasına baxmayaraq, paytaxt Buxarestin bütün öhdəlikləri yerinə yetirdiyini yoxlamalı idi və qərarı ilə Rumaniyanın hüquqlarını məhdudlaşdıra bilərdi. Kaçka qeyd edib ki, indi bu mexanizm “safeguard” adlanır.

Vitse-prezident vurğulayıb ki, Ukraynanın 20 il gözləməyə vaxtı yoxdur ki, hər şey “sabitləşsin”. Kaçka əlavə edib:

“Bəlkə də 20 ili şişirdirəm, 10 il götürək – amma bizim üçün bu bir əbədiyyat kimidir. Buna görə də safeguard və CVM mexanizmləri tamamilə normaldır”,- deyə bildirib

AB-nin xarici siyasət üzrə rəhbəri Kaja Kallas bildirib ki, Avropa hökumətləri Ukraynaya dəqiq üzvlük tarixini deməyə hazır deyillər, baxmayaraq ki, Kiyev bu məsələni davamlı olaraq tələb edir.

Ukraynanın 2027-ci ildə AB-yə üzvlüyü ABŞ, Ukrayna və AB-nin son aylarda işlədiyi 20 maddəli sülh planında göstərilmişdi. Lakin Avropanın bir çox paytaxtlarında bu tarix realist sayılmır, çünki AB-yə üzvlük uzun proses kimi qiymətləndirilir və namizəd ölkənin AB standartlarına uyğunlaşma nailiyyətlərinə əsaslanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »