ABŞ və sionist rejimin(İsrail) İrana hücumu on altıncı günə qədəm qoyduqca, ABŞ hökumətinin büdcəsinə tətbiq etdiyi xərclər hər gün artır.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "tasnimnews" xəbər agentliyi məlumat verib.
"ABŞ hökumətinin müharibənin ilk altı gününün xərcləri ilə bağlı rəsmi məlumatlarına əsaslanan müharibə xərclərinin hesablanması göstərir ki, bu müharibənin ABŞ hökumətinə dəyəri on altıncı gündə 21 milyard dolları keçib.
Mütəxəssislər hesab edirlər ki, bu xərclər yalnız İrana qarşı müharibədə istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlarla bağlıdır", - deyə agetlik qeyd edib.
Verilən məlumatda bildirir ki, İranın raket və pilotsuz təyyarə hücumları nəticəsində ABŞ-ın bölgədəki bazalarına və avadanlıqlarına dəyən ziyan nəzərə alındıqda, müharibənin ABŞ-a vurduğu xərclərin bu rəqəmdən daha yüksək olduğu bildirilir.
Bizimyol.info






