Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“One Battle After Another” Oskarlara damğa vurdu
“One Battle After Another” Oskarlara damğa vurdu

Rejissor Paul Thomas Anderson-un “One Battle After Another” filmi builki Oskar mükafatlarının əsas qalibi olub. Film ən yaxşı film də daxil olmaqla ümumilikdə 6 mükafat qazanıb. Ekran işi həmçinin ən yaxşı rejissor, adaptasiya olunmuş ssenari, montaj, kasting və ikinci plan aktyoru (Sean Penn) nominasiyalarında qalib gəlib.

Bizimyol.info xəbər verir ki, bu, Andersonun karyerasında ilk Oskar qələbəsidir.

Gecənin digər diqqətçəkən filmi “Sinners” olub. 16 nominasiya ilə rekord qıran film 4 mükafat əldə edib. Michael B. Jordan bu filmdəki roluna görə ən yaxşı aktyor seçilərək ilk Oskarını qazanıb.

Ən yaxşı aktrisa mükafatı isə Jessie Buckley-yə Hamnet filmindəki roluna görə təqdim olunub. O, bu nominasiyada qalib gələn ilk irlandiyalı aktrisa kimi tarixə düşüb.

Qeyd edək ki, gecənin aparıcısı yenidən komediyaçı Conan O'Brien olub. Mərasimdə həmçinin kino dünyasının bir sıra tanınmış simalarına ehtiram nümayiş etdirilib.

2026-cı il Oskar mükafatçılarının tam siyahısı:

  • Ən Yaxşı Film: “One Battle After Another” ("Bir Zamanda Bir Döyüş")
  • Ən Yaxşı Aktyor: Michael B. Jordan, "The Sinners"
  • Ən Yaxşı Aktrisa: Jessi Buckley, "Hamnet"
  • Ən Yaxşı İkinci Aktrisa: Amy Madigan, "Gun"
  • Ən Yaxşı İkinci Aktyor: Sean Penn, "Bir Zamanda Bir Döyüş"
  • Ən Yaxşı Rejissor: Paul Thomas Anderson, "Bir Zamanda Bir Döyüş"
  • Ən Yaxşı Animasiya Filmi: "K-Pop Demon Hunters"
  • Ən Yaxşı Beynəlxalq Bədii Film: "Sentimental Value" (Norveç)
  • Ən Yaxşı Orijinal Ssenari: "The Sinners"
  • Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari: "Bir Zamanda Bir Döyüş"
  • Ən Yaxşı Sənədli Film: "Cənab Heç Kim Putinə Qarşı"
  • Ən Yaxşı Qısametrajlı Sənədli Film: "Bütün Boş Otaqlar"
  • Ən Yaxşı Səs: F1
  • Ən Yaxşı Makiyaj və Saç Düzümü: "Frankenstein"
  • Ən Yaxşı Kostyum Dizaynı: "Frankenstein"
  • Ən Yaxşı Vizual Effektlər: "Avatar 3"
  • Ən Yaxşı Orijinal Mahnı: "K-Pop Demon Hunter"
  • Ən Yaxşı Orijinal Musiqi: "Günahkarlar"
  • Ən Yaxşı Montaj: "Bir Döyüş Ardınca Başqası"
  • Ən Yaxşı Operator işi: Autumn Dural Arkapau – "Günahkarlar"
  • Ən Yaxşı İstehsal Dizaynı: Tamara Deverell və Shane Vieaux – "Frankenstein"
  • Ən Yaxşı Canlı Qısametrajlı Film: "The Singers" və "Two People Who Swap Spit"
  • Ən Yaxşı Animasiya Qısametrajlı Film: "The Girl Who Cried Pearls"
  • Ən Yaxşı Aktyor Seçimi: Kassandra Kouloudis – "Bir Döyüş Ardınca Başqası"

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »