İran prezidentinin oğlu Yusif Pezeşkian İranın yeni Ali Lideri Müctəba Xameneinin sağlamlıq problemləri ilə bağlı şayiələri təkzib edib.
Bizimyol.info xəbər verir ki, prezidentin oğlu bu barədə "Telegram"da yazıb.
"Cənab Müctəbanın zədələnməsi ilə bağlı xəbəri eşitdim. Ona yaxın olan dostlarından soruşdum. Dedilər ki, Allaha şükür, o, sağlamdır və heç bir problem yoxdur", - deyə Yusif Pezeşkian qeyd edib.
Bizimyol.info






