Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İsrail və ABŞ obyektlərinə çox güclü zərbə vurduğunu bildirib
İran İsrail və ABŞ obyektlərinə çox güclü zərbə vurduğunu bildirib

İranın 11 mart gecəsi İsrail ərazisinə və bölgədəki ABŞ hərbi obyektlərinə həyata keçirdiyi bombardman, İslam Respublikasının bölgədəki eskalasiya başlamasından bəri ən genişmiqyaslı hücumu olub.

Bizimyol.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

“Bu gecə həyata keçirilən "Doğru vədi – 4" əməliyyatının 37-ci dalğası bölgədə düşmən qüvvələrinə və obyektlərinə qarşı İranda aparılmış ən genişmiqyaslı əməliyyat olub”, - deyə televiziyanın verdiyi məlumatda qeyd edilib. Mənbənin məlumatına görə, raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən bir neçə hücumun ümumi müddəti ən azı üç saat təşkil edib.

Dövlət televiziyası qeyd edir ki, 37-ci dalğa zamanı “Xorrəmşəhr superağır raketləri istifadə edilib, Tel-Əviv yaxınlığında peyk rabitə mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hədəfə alınıb”. “Bundan əlavə, ABŞ-ın bir sıra obyektləri də bombardmana məruz qalıb, o cümlədən İraqın Erbil şəhərində və Küveytdəki ABŞ bazaları”, - deyə məlumatda qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »