Yağ lampası, neft lampası bəzi inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə elektrik kəsildiyi zaman bu gün də istifadə olunur. Əvvəlki dövrlərdə insanlar bu lampalardan daha tez-tez və müntəzəm olaraq istifadə edirdilər.
1780-ci ildə Arqand lampasının ixtirası və sonrakı elektrik enerjisinin ixtirası ilə qaz lampalarının istifadəsi demək olar ki, sona çatdı.
Qədim dövrlərdə neft lampalarının içərisində alışan neft və bu neftə batırılmış fitil var idi. Bu fitil nefti və ya yağı yavaş-yavaş özünə çəkərək işıq mənbəyiolurdu.
Daşdan və ya dəniz qabıqlarından hazırlanmış ilk lampalarda yanacaq kimi heyvan yağı istifadə olunurdu. Bu yanacağı udmaq üçün hər hansı bir bitki parçası fitil kimi istifadə olunurdu.
Xam neftlə işləyən lampaların eramızdan əvvəl təxminən 10.000-ci ildən istifadə olunmağa başladığı güman edilir. Daş dövrü kimi də tanınan Son Paleolit dövrünə aiddir. Bu lampalara həm Müqəddəs Kitabda, həm də Quranda istinadlar var.
Miladi 79-cu ildə, Pompeydəki məşhur vulkan püskürməsindən sonra hələ də Roma tikintisinin ilk mərhələlərində olan bir qrup neft lampası lava axınları altında basdırılmış vəziyyətdə aşkar edilmişdi.
Şam Orta əsrlərdə geniş istifadə olunurdu, lakin onlar neft lampaları qədər parlaq işıq vermirdi. 1780-ci ildə Aime Argand tüstü çıxarmadan davamlı və balanslı işıq təmin edən az miqdarda maye yağ ehtiva edən metal bir su anbarı hazırladı. Elektrik enerjisinin ixtirası və geniş istifadəsindən sonra bəşəriyyət neft lampalarından imtina etməyə başlayıb.
İradə Cəlil, Bizimyol.info






