İranın Kərəc şəhərində bir neçə güclü partlayış qeydə alınıb. Şəhər ölkənin paytaxtı Tehran yaxınlığında yerləşir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Əl Cəzira” telekanalı məlumat verib.
Məlumata əsasən, “Kərəcdə bir neçə güclü partlayış səsi eşidilib”. Partlayışların xarakteri və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ən böyük şəhərləri, o cümlədən Tehran hədəfə alınıb.
Ağ Ev hücumları Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bildirərək İsraildəki obyektlərə zərbələr endirib.
Zərbələr həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdakı obyektlərinə də yönəlib.
İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və islam respublikasının rəhbərliyində təmsil olunan bir sıra digər əsas fiqurların həlak olduğu bildirilir.
Qadir, Bizimyol.info






