Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"MiniMax"ın təsisçisinin sərvəti rekord sürətlə artdı
"MiniMax"ın təsisçisinin sərvəti rekord sürətlə artdı

Çinin süni intellekt şirkəti "MiniMax Group"un təsisçisi və baş direktoru Yan Junjienin sərvəti qısa müddətdə iki dəfədən çox artaraq 7,8 milyard dollara çatıb.

Bizimyol.info xəbər verir ki, o, bu artımla "Forbes" jurnalının milyarderlər siyahısında mövqeyini möhkəmləndirib.

Yanvar ayında Honkonqda 618 milyon dollarlıq IPO keçirən şirkətin səhmləri ilkin qiymətlə müqayisədə 400% bahalaşıb. 2025-ci il üzrə açıqlanan ilk ictimai maliyyə hesabatında gəlirlər illik müqayisədə 158,9% artaraq 79 milyon dollara yüksəlib. Zərər isə 1,9 milyard dollar təşkil edib. Buna baxmayaraq, investorlar şirkətin sürətli böyümə potensialına üstünlük verirlər.

2021-ci ildə qurulan "MiniMax"ın bazar dəyəri hazırda 33 milyard dollara yaxınlaşır və onu "Kuaishou" və "JD.com" kimi iri Çin texnologiya şirkətləri ilə eyni səviyyəyə çıxarır.

Şirkətin mətn, audio və video yaradan AI modelləri dünya üzrə istifadə olunur. Satışların 70%-dən çoxu xarici bazarların payına düşür. Bu il məhsuldarlıq platforması "Notion" da "MiniMax"ın yeni modelindən istifadə etməyə başlayıb.

Şirkət fevralda təqdim etdiyi "M2.5" modelinin proqramlaşdırma və məntiqi tapşırıqları yerinə yetirməkdə yüksək nəticə göstərdiyini bildirir. Yan Junjie süni intellektin gələcəkdə sadə alətdən “əməkdaş səviyyəli tərəfdaşa” çevriləcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »