“Rusiyanın özündə hal hazırda ciddi şəkildə müharibə gedir. Yəni Rusiya özü müharibə vəziyyətindədir və Ukraynada getdiyi həmin o bataqlıqdan çıxa bilmir. Bu da onun strateji olaraq itirməsinə gətirib çıxarıb”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna müharibəsi başladıqdan sonra Rusiya artıq üçüncü müttəfiqidir ki, (yəni dövlət başçılarından söhbət gedir) itirir. Təbii ki, İranda bu gün sistem dəyişmir: “Xomnei öldürülsə də onun yerinə gələn şəxs də yenidən eyni siyasəti davam etdirəcək. Bu, şübhəsizdir. Məsələn; Suriyadakı hakimiyyət dəyişdi, Rusiyanın müttəfiqi olan Bəşər Əsəd getdi və yerinə Əhməd Əş Şaara gəldi.
Qərblə münasibətləri kifayət qədər yaxşı olan paralel şəkildə Venesulada da biz Nikola Maduronun ABŞ tərəfindən hakimiyyətdən götürülməsinin şahidi olduq. ABŞ onu həbs etdi. Eyni zamanda İranda Xameni öldürüldü. Xameni Rusiyaya yaxın biri idi. Bu onu göstərir ki, Rusiyanın başı Ukraynadakı vəziyyətə qarışmasından istifadə edən Amerika Birləşmiş Ştatları kifayət qədər düşünülmüş planla Rusiyanın müttəfiqlərini sıradan çıxarır. Rusiyanın çəmbərini daraldır”.
Zeynal ƏmrəliyevPolitoloqun fikrincə, Rusiyanın müttəfiqlərinin zəiflədilməsi Moskva üçün ağır bir məsələdir və gələcəkdə Rusiyanın regiondakı geosiyasi varlığını ciddi şəkildə təhlükə altına qoya bilər: “Rusiya bu cür səhv siyasətlə, yəni Ukraynaya girmək və başını Ukraynada qatmaqla Yaxın Şərqdəki mövqelərini itirdi. Amerikanın yaxınlığında hələ Sovet İttifaqı dövründə əldə olunan mövqelərini itirdi və bu gün də İrandakı mövqeləri artıq laxlayır. Bu da onu göstərir ki, Rusiya tərəfi Ukraynada necə çətin strateji səhv edib ki, Amerika Birləşmiş Ştatları da bu səbəbdən istifadə edərək Rusiyanı məhz bu üsulla bu cür yollarla vurub sıradan çıxarır”.
İradə Cəlil, Bizimyol.info






