Amerika Birləşmiş Ştatları, demək olar ki, "əbədi" müharibə apara biləcəyi sonsuz silah ehtiyatlarına malikdir.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Amerika Birləşmiş Ştatlarının sursat ehtiyatı heç vaxt indikindən daha yüksək və ya daha yaxşı olmayıb. Bu gün mənə məlumat verildiyi kimi, demək olar ki, sonsuz silah ehtiyatımız var. Müharibələr yalnız bu ehtiyatlardan (digər ölkələrin ən yaxşı silahlarından üstün olan) istifadə etməklə "əbədi" və son dərəcə uğurla aparıla bilər", - deyə Tramp "Truth Social" sosial platforma hesabında yazıb.
O, həmçinin keçmiş ABŞ Prezidenti Co Baydeni Ukraynaya silah verməkdə günahlandırıb: "Xoşbəxtlikdən, mən ilk müddətimdə silahlı qüvvələri yenidən qurdum və bunu davam etdirirəm. Amerika Birləşmiş Ştatları yaxşı təchiz olunub və böyük qələbələrə hazırdır", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info






