Tehran nüvə silahı hazırlamağa çalışmır və bunu Vaşinqtonla razılaşmaya daxil etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, İran Müdafiə Şurasının katibi admiral Əli Şəmxaninin sözlərinə görə, əgər ABŞ-ın yeganə tələbi budursa, razılaşma tez bir zamanda bağlana bilər.
"Əgər danışıqların əsas məqsədi İranın nüvə silahı hazırlamasının qarşısını almaqdırsa, bu, Ali Liderin fətvasına və İranın milli təhlükəsizlik doktrinasına uyğundursa, o zaman tez bir razılaşma əldə etmək mümkündür", - deyə Şəmxani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, İslam Respublikasının xarici işlər naziri və Cenevrədə ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri "bu razılaşmaya nail olmaq üçün kifayət qədər dəstəyə və səlahiyyətə malikdir".
Daha əvvəl Cenevrədə İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı vasitəçilərin iştirakı ilə danışıqların üçüncü raundu başlamışdı.
2003-cü ildən bəri İran Ali Lideri Ayətullah Əli Xameneinin nüvə silahı istehsalını qadağan edən fətvası (dini hökm) altındadır. İslam Respublikası hakimiyyəti dəfələrlə atom bombası yaratmaq niyyətində olmadıqlarını bildirib.
Bizimyol.info






