Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya İrandan HƏMAS, Hizbullah və Husiləri dəstəkləməyi dayandırmağı tələb edib
Almaniya İrandan HƏMAS, Hizbullah və Husiləri dəstəkləməyi dayandırmağı tələb edib

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, İran ABŞ ilə danışıqlarda silahlı qruplara - Qəzzadakı HƏMAS, Livandakı Hizbullah və Yəməndəki Husilərə - dəstəyini dayandırmağa öhdəlik götürməlidir.

Bizimyol.info xəbər verir ki, Belçikalı həmkarı Maksim Prevostla birlikdə keçirilən mətbuat konfransında çıxış edən Vadeful Almaniyanın "İsrail Dövlətinin təhlükəsizliyi üçün xüsusi məsuliyyət" daşıdığını vurğulayıb.

Nazirin sözlərinə görə, bu qruplara dəstəyi dayandırmaq regionu sabitləşdirmək və Yaxın Şərqdə yeni böyük münaqişə riskini azaltmaq üçün vacibdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »