Almaniyanın keçmiş kansleri Olaf Şolts, xatirələr kitabı üzərində işləməyə başladığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalında məlumat verilib.
"Artıq kitab üzərində işləməyə başlamışam", - Şolts Almaniya Tarixi Muzeyləri İttifaqının tədbirində söyləyib. O, bu barədə danışıqlar apardığını əlavə edib. Jurnal detallara yer verməyib.
Şolts, 2021-ci ilin dekabrından 2025-ci ilin mayına qədər Almaniyanın federal kansleri vəzifəsini icra edib, uzun müddət baş nazir olan Angela Merkeli əvəz edib. Ondan əvvəl Şolts Almaniya Sosial-Demokrat Partiyasının rəhbəri, Hamburg şəhərinin meri olub və Merkelin hökumətlərində müxtəlif nazirliklərə rəhbərlik edib.
Qadir, Bizimyol.info






