Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə məşhur olan keçmiş müstəntiq yenidən həbs olundu
Sosial şəbəkələrdə məşhur olan keçmiş müstəntiq yenidən həbs olundu

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov fevralın 23-də həbs olunub. Onun haqqında Yasamal Rayon Məhkəməsində həbs qərarı çıxarılıb.

Bizimyol.info xəbər verir ki, qərara əsasən, keçmiş müstəntiqə 15 sutka həbs cəzası verilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Müşfiq Abbasov haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş başlanıb. Baş Prokurorluğun Cinayət təqibibindən kənar icraatlar idarəsində başlanmış iş məhkəməyə göndərilib və orada 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, bu, Müşfiq Abbasovun ilk həbsi deyil. O, əvvəllər də dələduzluq, rüşvət verməyə təhrik ittihamı ilə həbsdə olub.

Son illərdə isə sosial şəbəkələrdə aktiv idi. İcraatında olan cinayət işləri, müstəntiq kimi təcrübəsi barədə videomaterialları yayımlayırdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »