ABŞ Karib dənizində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkə səhifəsində məlumat verib.
"Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - deyə Komandanlığın paylaşımda qeyd edilir.
Bəyanata görə, zərbə nəticəsində üç nəfər həlak olub. Heç bir Amerika hərbçisi xəsarət almayıb.
Bizimyol.info






