Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident İlham Əliyev Cənubi Qafqazı maraqların toqquşduğu yox, mənafelərin uzlaşdığı bölgəyə çevirdi"
"Prezident İlham Əliyev Cənubi Qafqazı maraqların toqquşduğu yox, mənafelərin uzlaşdığı bölgəyə çevirdi"

“Məlumdur ki, 8 avqust Vaşinqton görüşü Azərbaycanın hərbi-siyasi yolla yaratdığı yeni geosiyasi reallığın qlobal miqyasda tanınması və praktik mərhələyə qədəm qoyması istiqamətində mühüm mərhələ hesab olunur. Soros-Demokratlar iqtidarından fərqli olaraq Tramp administrasiyası yeni geosiyasi reallıqda Azərbaycanın strateji önəmini və qlobal müstəvidə artan rolunu yaxşı anlaya bildiyi üçün ABŞ-nin Cənubi Qafqazdakı maraqlarının yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıqdan keçdiyini düzgün qiymətləndirə bilir. Məhz, bu amil ABŞ-ni Azərbaycanın yaratdığı yeni konfiqurasiyanın əsas təşəbbüskarlarından və təminatçılarından biri kimi davranmağa təşviq etmiş, nəticə etibarilə 8 avqust formatı meydana çıxmışdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb. Deputat qeyd edib ki, belə bir şəraitdə Azərbaycan Prezidentinin qətiyyəti ilə hərbi-siyasi zəfərimiz nəticəsində yaranan reallıqların dayanıqlılığının təmin olunması artıq maraqlarını haqlı olaraq yeni formatla uzlaşdırmış ABŞ-nin özünün də mənafeləri ilə tam üst-üstə düşür: “Daha konkret desək, cənab İlham Əliyev Cənubi Qafqaz coğrafiyası tarixində ilk dəfə olaraq bu bölgəni maraqların toqquşduğu yox, mənafelərin uzlaşdığı bölgəyə çevirməklə sülh və sabitlik üçün etibarlı əməkdaşlıq mühiti ortaya qoyub”.

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

“Demokratlardan fərqli olaraq Respublikaçılar iqtidarı artıq haqlı olaraq o qənaətdədir ki, Cənubi Qafqaz kimi mürəkkəb bölgədə Vaşinqtonun maraqlarını dinc əməkdaşlıq formatında təmin etmək hərbi-siyasi ritorikadan qat-qat üstündür. Belə bir məqamda, cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kurs əslində həm də ABŞ üçün həm itirilmiş mövqelərinin bərabərhüquqlu əməkdaşlıq şəraitində bərpası, həm də məhz arzuolunan əməkdaşlıq mühitinin formalaşması və qorunması üçün tarixi şansdır. Bu mənada, ABŞ rəsmilərinin, ABŞ-nin Prezidentinin, o cümlədən Azərbaycana səfəri çərçivəsində vitse-prezident JD Vensin Prezident İlham Əliyevlə bağlı səsləndirdiyi bəyanatlar və ifadə etdiyi aydın minnətdarlıq əslində elə Vaşinqtonun özünün maraqlarının diktə etdiyi reallıqlara əsaslanan mövqedir”-deyə Bəhruz Məhərrəmov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »