Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada Olimpiada kölgəsində sabotaj: dəmir yolunda partlayıcı və yanğın halları qeydə alındı
İtaliyada Olimpiada kölgəsində sabotaj: dəmir yolunda partlayıcı və yanğın halları qeydə alındı

İtaliyada Qış Olimpiya Oyunlarının startı zamanı dəmir yolu infrastrukturunda bir neçə zədələnmə faktı aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Oyunların başlanğıcı ərəfəsində infrastrukturun zədələnməsi ilə bağlı üç ayrı hadisə qeydə alınıb. Bolonya–Padua xəttində qovşaq oxlarından birinə əl istehsalı partlayıcı qurğu yerləşdirildiyi müəyyən olunub.

Bundan başqa, yüksək sürətli xəttin bir hissəsində naməlum şəxslər texniki quyuda elektrik kabellərini kəsiblər. Bolonya–Ankona xəttində isə elektrik köşkündə yanğın baş verib.

İstintaqın ilkin versiyasına görə, bu əməllər Olimpiada dövründə nəqliyyat əlaqəsini iflic edərək ideyalarına diqqət çəkməyə çalışan anarxist qruplaşmaların fəaliyyəti ilə əlaqələndirilir.

Müstəntiqlər hadisələr arasında 2024-cü ildə Paris Olimpiya Oyunlarının açılışından əvvəl Fransada törədilən diversiyalarla paralellər aparırlar. Hazırda ərazidə genişmiqyaslı yoxlamalar və istintaq tədbirləri davam etdirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »