Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamı öldürən cinayətkarlar Əz-Zintan şəhərindəki iqamətgahına hücum zamanı ona 18 dəfə atəş açıblar.
Bizimyol.info xəbər verir ki, bu məlumatı "Əl-Hədət" televiziya kanalı yayıb.
Mənbələrinə görə, "iki silahlı cinayətkar Seyf əl-İslamın iqamətgahına basqın edib, digər iki nəfər isə binanın xaricində keşik çəkib".
"Əl-Hədət" iddia edir ki, Qəddafinin oğlu hücum zamanı telefonda danışıb. Kanal əlavə edir ki, Seyf əl-İslamın silahdaşlarından biri "ona iqamətgahına hücum barədə məlumat verib".
Qadir, Bizimyol.info






