Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sürücülərin hər il ödədikləri sığorta ödənişi artsa da, qəza zamanı ödənilən maksimum məbləğ uzun illərdir artmır”
“Sürücülərin hər il ödədikləri sığorta ödənişi artsa da, qəza zamanı ödənilən maksimum məbləğ uzun illərdir artmır”

Yol-nəqliyyat hadisəsi baş verəndə sığorta ödənişi bəzən həftələrlə, hətta aylarla gecikir. Sığorta üzrə ekspert Vüsal Bədəlov bildirir ki, qanunvericilikdə gecikməyə görə cərimə (dəbbə) ödənişi nəzərdə tutulub, amma sürücülər bunu tələb etmirlər. Ekspert hesab edir ki, sürücülər dəbbə pulunu tələb etsələr, sığorta şirkətləri ödənişi gecikdirməkdə maraqlı olmaz. V.Bədəlov təklif edir ki, gecikmələrdə dəbbə pulu 5-10 % səviyyəsində artırılsın və sığorta şirkətlərinə inam gücləndirilsin.

  • Sürücülər gecikmiş ödənişlər üçün qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulunu tələb etməlidirmi və bu, sığorta şirkətlərinin davranışına necə təsir edə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, dəbbə mexanizmi məhz sığorta şirkətlərinin ödənişləri əsassız şəkildə uzatmasının qarşısını almaq üçün nəzərdə tutulub: “Azərbaycanda sığorta sistemində boşluqlar çoxdur. Sürücülərin hər il ödədikləri sığorta ödənişi artsa da, qəza zamanı ödənilən maksimum məbləğ uzun illərdir artmır. Min manata qədər dəyən ziyana görə Forma 4 qanunla tələb olunmasa da, reallıqda onu tələb edirlər və mütləq şəkildə onsuz müraciəti qəbul etmirlər. 2 ildən köhnə ili olan avtomobillərə görə ödəniş yeni ehtiyat hissələri qiymətinə deyil 2 ci əl (ölüxana) qiymətinə olan qiymətlərlə hesablanır. Bir sözlə ödənişi gecikdirməyi də desək sürücüləri süründürürlər”.

Adil Nəbiyev Adil Nəbiyev

“Sürücülər gecikmiş sığorta ödənişlərinə görə qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulunu tələb etməlidirlər. Bu, həm onların hüquqlarının real şəkildə qorunmasına, həm də sığorta sistemində intizamın formalaşmasına xidmət edir. Dəbbə mexanizmi məhz sığorta şirkətlərinin ödənişləri əsassız şəkildə uzatmasının qarşısını almaq üçün nəzərdə tutulub və ondan istifadə edilmədikdə bu mexanizm faktiki olaraq işlək olmur. Əgər sürücülər gecikmə hallarında ardıcıl şəkildə dəbbə pulunu tələb etsələr, sığorta şirkətləri üçün ödənişləri ləngitmək maliyyə baxımından sərfəli olmayacaq. Bu isə şirkətləri prosesləri sürətləndirməyə, sənədləşməni operativ aparmağa və müştəriyə daha məsuliyyətlə yanaşmağa məcbur edəcək.Nəticədə sığorta ödənişlərinin vaxtında həyata keçirilməsi adi praktikaya çevrilə, bazarda şəffaflıq arta və sığorta şirkətlərinə olan inam güclənə bilər”-deyə Adil Nəbiyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »