Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə sədrinin oğlu həyat yoldaşına xəsarət yetirdi, sonra öz həyatına qəsd etdi
Məhkəmə sədrinin oğlu həyat yoldaşına xəsarət yetirdi, sonra öz həyatına qəsd etdi

Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə həyat yoldaşını öldürmək məqsədilə ona bıçaqla bir neçə xəsarət yetirib, daha sonra özünü yaşadıqları evin eyvanından atıb.

Bizimyol.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birində baş verib.

Məlumata görə, 35 yaşlı Emin Əlizadə dünyasını dəyişib. Xəstəxanaya çatdırılan həyat yoldaşının isə vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Cinayətin təfərrüatları məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verməsi barədə məlumatlar var.

Hadisəni prokurorluq da təsdiqləyib. Baş Prokurorluğun Mətbuat xidmətindən Bizimyol.info portalına bildirilib ki, Emin Əlizadənin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. “Yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır”, - Baş Prokurorluğun məlumatında qeyd olunur.

Qeyd edək ki, Abbas Əliyev 2024-cü ilin aprelində Qəbələ Rayon Məhkəməsinin sədri təyin edilib. Bundan əvvəl isə o, uzun illər paytaxtın Nərimanov Rayon Məhkəməsinin hakimi olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »