Bakının Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, ilkin məlumata görə, 50 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanmış yük maşınına çırpılıb. Zərbənin təsirindən yük maşını irəli hərəkət edərək qarşıda dayanmış daha üç minik avtomobilinə dəyib. Nəticədə ərazidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Bizimyol.info






