Alimlər, hamilə qadınların parasetamol (acetaminofen) istifadə etməsi ilə uşaqlarında autizm riskinin artması arasında heç bir əlaqə tapmadıqlarını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə araşdırma "Lancet" jurnalında dərc olunub.
"Hazırda mövcud olan sübutlar, hamilə qadınların parasetamol istifadəsinin uşaqlarında autizm spektri pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik sindromu və ya əqli gerilik kimi vəziyyətlərin yaranma ehtimalını klinik olaraq əhəmiyyətli dərəcədə artırmadığını göstərir", - deyə araşdırmanın nəticələri barədə məlumatda qeyd edilib.
Bundan əvvəl, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da hamilə qadınların parasetamol qəbulunun uşaqlarda autizm inkişafı ilə əlaqələndirən kifayət qədər sübutun olmadığını bildirmişdi.
Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın, ABŞ Qida və Dərman İdarəsinin (FDA) həkimləri xəbərdar edəcəyini və hamiləlik dövründə parasetamol qəbulunun uşaqlarda autizm riskini artırdığına dair bildiriş göndərəcəyini açıqlamasından sonra verilib.
Qadir, Bizimyol.info






