Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada xərçəng xəstəliyi yeni preparatla müalicə ediləcək
Rusiyada xərçəng xəstəliyi yeni preparatla müalicə ediləcək

Rusiyada xərçəng müalicəsi üçün yerli istehsal olan "Rakurts, 223Ra" adlı radiofarmasevtik preparat tətbiq edilməyə başlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Tibbi-Bioloji Agentliyi (FTBA) Telegram kanalında məlumat yayıb.

"Preparat dövlət qeydiyyatından keçib və klinik onkologiyada istifadəyə icazə verilib. İlk partiya artıq Rusiya Federasiyasının tibb müəssisələrinə göndərilib", – deyə məlumatda bildirilib.

Agentlik qeyd edib ki, preparat müəyyən növ şişlərin müalicəsi üçün, xüsusilə sümüklərdəki metastazlar zamanı istifadə edilir. Radioaktiv şüalanma, sümüklərdəki metastazlara yönəldilir və ağrını azaldır, – deyə FTBA-dan verilən məlumatda qeyd edilib.

Daha əvvəl, Bazel Universitetinin tədqiqatçıları, kimyaterapiyanın yan təsirlərini azaldan deksametazon preparatının bəzi süd vəzisi xərçəngi növlərində metastazlarla mübarizə apara biləcəyini aşkar ediblər. Siçanlar üzərində aparılan təcrübələrdə deksametazon, qaraciyərdəki metastazların sayını azaldıb və həyat müddətini uzadıb.

Rusiyada daha əvvəl, süd vəzisi xərçənginə qarşı ilk preparatın preklinik sınaqları başa çatıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »