Partlayış Suriyanın mərkəzindəki Homs şəhərindəki Əli Talib məscidində cümə namazı zamanı baş verib.
Bizimyol.info xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA Homs şəhərindəki Əli Talib məscidində baş verən partlayış barədə məlumat yayıb.
Yerli mənbələrdən verilən ilkin məlumatlara görə, partlayış nəticəsində beş nəfər ölüb, doqquz nəfər yaralanıb.
Partlayışla bağlı araşdırma başlanıb və terror hücumu ehtimalı nəzərdən keçirilir.
Qadir, Bizimyol.info






