Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlığın ən yüksək prinsiplərinə sadiq şəkildə gücləndirilir"
"Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlığın ən yüksək prinsiplərinə sadiq şəkildə gücləndirilir"

“Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir və strateji tərəfdaşlığın ən yüksək prinsiplərinə sadiq şəkildə həyata keçirilməkdədir. Bu strateji tərəfdaşlıq həm də müəyyən mənada regional sabitliyə töhfə verə biləcək bir tərzdədir. Ümumiyyətlə, Azərbaycan-Slovakiya münasibətlərində hər iki ölkə rəhbərinin bilavasitə diqqət mərkəzində saxlanılan ölkələr arasındakı diplomatik, iqtisadi və humanitar əməkdaşlıq sahələrində əldə olunan uğurlar və perspektivlər, bu strateji tərəfdaşlığın ən yüksək səviyyədə həyata keçirilməsi üçün çox ciddi zəmin yaradır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfəri və eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması, münasibətləri tamamilə yeni bir səviyyəyə çıxartmış oldu.

Azər Allahverənov Azər Allahverənov

Deputatın fikrincə, bu gün Azərbaycan Mərkəzi və Şərqi, Qərbi Avropa müstəvisində Azərbaycanın əlaqələri barədə danışanda, xüsusilə də Slovakiya ilə olan əlaqələri məhz bu ölkə ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsində əks olunan müddəaların və bundan da irəli gələrək həyata keçirilən əməkdaşlıq əlaqələrinin və buna dair kifayət qədər böyük perspektivlərin olmasını xüsusilə qeyd edirik.

Azər Allahverənov bildirib ki, Slovakiya Azərbaycan üçün həm də enerji sahəsində çox yaxın tərəfdaş və Azərbaycan təbii qazının ixrac olunduğu əsas ölkələrdən biridir: “Slovakiya Avropa İttifaqının səkkiz ölkəsindən biridir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətləri, bilavasitə Slovakiya və Slovakiya kimi strateji tərəfdaş mahiyyəti daşıyan, əlaqələri olan dövlətlər üzərindən daha da intensiv xarakter almaqdadır.

Azərbaycan Slovakiya ilə enerji təhlükəsizliyi sahəsində təbii qazın ixracı ilə bağlı əlaqələri inkişaf etdirən zaman, bilavasitə enerji təhlükəsizliyinə zəmanət verən tərəf qismində mövqelərini bir qədər də gücləndirmiş olur”.

Deputat vurğulayıb ki, eyni zamanda hərbi sənaye sahəsində də Azərbaycanla Slovakiya arasında əlaqələr kifayət qədər intensiv xarakter almaqdadır: “8 noyabr Zəfər günü ilə bağlı ötən ay keçirilən paradda həm də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri iştirak edirdi. Bu da faktiki olaraq, iki ölkə arasında olan əlaqələrin müəyyən mənada xarakterinin nədən ibarət olduğunu göstərən vacib bir nüansdır”.

“Slovakiya prezidenti Peter Peleqrini COP 29 çərçivəsində də Azərbaycana səfər etmişdir. İki ölkə prezidentləri keçirilən görüşdə Azərbaycan-Slovakiya arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdiyi bildirilmişdi. Birgə sənaye müəssisələrinin yaradılması, İKT sahəsində əməkdaşlıq, o cümlədən Qarabağda quruculuq layihələrinin Slovakiya şirkətlərinin iştirakı ilə həyata keçirilməsi və s. sadalanan istiqamətlərlə yanaşı, diplomatik, siyasi, iqtisadi, ticarət, enerji, hərbi, humanitar sahədə əməkdaşlığı açıq-aşkar görürük. Azərbaycanla Slovakiya arasında əməkdaşlıq bu səpkidə regionun inkişafına öz töhfəsini vermiş olur.

Azərbaycan beynəlxalq nəqliyyat, logistika layihələrinin icra olunmasında yaxından iştirak edən tərəf və bilavasitə bu layihələri icra edən ölkələrdən biridir. Çünki Orta Dəhlizin məhz Azərbaycan üzərindən keçməsi, həm də Slovakiyanın da bu prosesdə yaxından iştirakının mümkünlüyü barədə müəyyən təsəvvürlər formalaşdırmış olur. Nəticə etibarilə Slovakiya da həmin beynəlxalq nəqliyyat layihələrində iştirak etməklə, xüsusilə də Şərqdən Qərbə doğru daşınan yüklərin çatdırılmasında maraqlı tərəf qismində çıxış edir. Bu, iqtisadi cəhətdən həm rentabellidir, təhlükəsizlik baxımından daha təhlükəsizdir. Ən önəmli olan odur ki, Cənubi Qafqaz bölgəsində əsas strateji tərəfdaşlıq olan Azərbaycanla reallaşan bir layihədir. Bu da təbii ki, həmin o iqtisadi strategiyanın, iki ölkə arasında formalaşmış bu münasibətlərin daha da sıx olmasına xidmət edə biləcək bir iştirakdır”-deyə Azər Allahverənov qeyd edib.

Deputatın fikrincə, qaz ixracından başlayaraq, İKT sahəsi, rəqəmsallaşma, süni intellekt, hərbi sənaye sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Azər Allahverənov qeyd edib ki, bu məsələlər ətrafında geniş müzakirələrin aparılması üçün ən önəmli olan siyasi iradənin ortada olmasından xəbər verən bir haldır: “Bu istiqamətdə də layihələrin uğurlu şəkildə həyata keçirilməsi Azərbaycanda da iqtisadi sektorlarını əhatə edəcək sənaye sahəsindən başlayaraq enerji və digər sahələrdə də böyük uğurların əldə olunmasına xidmət edə biləcək bir strategiyanın həyata keçirilməsindən xəbər verir. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına cavab verə biləcək bir siyasətdir. Hər iki ölkə başçısı, məhz bu istiqamətlərdə də öz fəaliyyətini və səylərini davam etdirməklə artıq konturları müəyyən olunmuş strateji xəttin inkişaf etdirilməsində maraqlı olduqlarını əminliklə bildirirlər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »