Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kontakt Home” reklam qanunvericiliyini pozduğu üçün protokol tərtib edilib, cərimələnə bilər
“Kontakt Home” reklam qanunvericiliyini pozduğu üçün protokol tərtib edilib, cərimələnə bilər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC barəsində “Reklam haqqında” qanunun 4.2-ci və 7.1.4-cü maddələrinə görə, inzibati xəta haqqında protokol tərtib edib.

Bu barədə Plat.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi maddəsi üzrə (İXM 428.10) protokol tərtib olub.

Xatırladaq ki, qanunvericiliyə görə, sözügedən maddəni hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Əlavə edək ki, "ABC-Telecom" MMC məşhur "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. Şirkət 2006-cı ildə təsis edilib.

Son xəbərlər
Bütün xəbərlər »