Bu gün Bakıda “Ritz-Carlton” otelində “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Forumdakı açılış nitqində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər ən uğurlu əməkdaşlıq modelidir.
Agentliyin icraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşma trendi fonunda informasiya təhlükəsizliyinin önəminə toxunub. Əhməd İsmayılov Azərbaycanla Gürcüstan arasında media sahəsində birgə layihələrin həyata keçirilməsini təklif edib.
İradə Cəlil, Bizimyol.info






