Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dövlətlər hazırda diplomatiyası, kəşfiyyatı və lobbisi güclü İsraillə münasibətlərini pis etmək istəmirlər"
"Dövlətlər hazırda diplomatiyası, kəşfiyyatı və lobbisi güclü İsraillə münasibətlərini pis etmək istəmirlər"

Papa Leo XIV İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli birmənalı şəkildə dəstəklədiklərini, lakin İsrailin hazırda bu həlli qəbul etmədiyinin fərqində olduqlarını bildirib. Papa qeyd edib ki, bunu münaqişəyə son qoya biləcək yeganə həll yolu kimi görürlər.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Papanın söylədiyi fikirlər yeni deyil: “Bu məsələnin həll edilməsi üçün İsrail tərəfindən ciddi addım atılmalıdır, amma bu addımlar görünmür. Hətta atəşkəs olsa da, İsrail bu yaxınlarda yenidən “Hizbullah”ın qərargahlarını bombaladı. Yeganə çıxış yolu hələ ki budur ki, orada iki dövlət yaranmalıdır və üstəlik iki dövlətdən əlavə bir də orada sülhməramlı qüvvələr yerləşdirilməlidir ki, bölgəni nəzarətdə saxlasın və yeni qarşıdurmalar olmasın. Sülhməramlı qüvvələrin içərisində Türkiyənin olması da sülhün davamlılığını gücləndirə bilər. Yəni zaman-zaman tarixdə görmüşük ki, hətta sülhməramlı olan bölgələrdə də yenidən qarşıdurma olub. Elə bizim Qarabağ bölgəsində separatçılar orada olduğu müddətdə bu hərəkətləri davam etdirirdilər”.

Samir Hümbətov Samir Hümbətov

Samir Hümbətov vurğulayıb ki, əslində Papa öz mövqeyini deyil, böyük güclərin,yaxın Şərqlə bağlı söylədiyi fikirləri dilə gətirir. Politoloqun fikrincə, bunun üçün əməli addımlar atılmalıdır.

“Digər dövlətlər İsraillə münasibətlərini pis etmək istəmirlər. İsrailin həm diplomatiyası güclüdür, həm kəşfiyyatı, həm də lobbisi. Kimsə Fələstinə görə, İsraili qarşısına almaq istəmir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »