Çinin Sinyan şəhərində Liu familiyalı kişi həyat yoldaşının bütün ailə yığımını — 1,16 milyon yuanı (təqribən 164 000 ABŞ dolları)— tanımadığı bir strimerə (internetdə canlı yayım aparan şəxs) ianə etdiyini öyrəndikdən sonra boşanma üçün məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "SCMP" məlumat yayıb.
Cütlük səkkiz il birlikdə yaşayıb. Liu Çjencjoudа işləyir, çox sadə həyat sürür, ayda 300 yuan ödəyərək kiçik bir otaqda qalırdı. O, demək olar ki, bütün maaşını işləməyən və uşağa baxan həyat yoldaşına göndərirdi. Bir neçə il ərzində onun göndərdiyi vəsait ümumilikdə 1,16 milyon yuanı olub.
Şübhələr qadının bank hesabının vəziyyətini göstərməkdən imtina etməsi ilə yaranıb. Daha sonra o etiraf edib ki, pul qalmayıb və əlavə olaraq 80 min yuan kredit götürüb.
Qadın 670 min yuanı strimerə göndərdiyini, qalan məbləğin isə hara xərcləndiyini izah edə bilmədiyini bildirib. Çat yazışmalarında o, həmin strimerdən özünə “kroşka” deyə müraciət etməsini xahiş edirmiş. Liu isə deyib ki, illər boyu hər şeydən qənaət edib, həyat yoldaşı isə pulları başqa məqsədlərə sərf edib. Nəticədə ailə həm yığımsız, həm də borclu qalıb.
Kişi həyat yoldaşından ən azı ümumi əmlakın yarısını tələb edir və bundan sonra rəsmi şəkildə boşanmağı planlaşdırır.
Qadir, Bizimyol.info






