Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalid Kərimli: "Ölkədə vaxtı keçmiş, yararsız, keyfiyyətsiz məhsulların satılması cinayət məsuliyyəti yaradır"
Xalid Kərimli: "Ölkədə vaxtı keçmiş, yararsız, keyfiyyətsiz məhsulların satılması cinayət məsuliyyəti yaradır"

“Qara Cümə” endirim günləri dünya üzrə geniş yayılan və insanların alış-veriş vərdişlərini müəyyən edən xüsusi dövrdür. Bu fürsət kimi təqdim edilən kampaniyalar istehlakçıların alışına təşviq edir, lakin bəzən risklər də yarada bilər.

  • Azərbaycanda bu günlərin təsiri necədir və insanlar bu endirimləri necə qiymətləndirir?
  • İnsanların bu cür qlobal təbliğat aparılan günlərdə alışveriş vərdişləri necə olur?
  • Fürsətmi, riskmi? Necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, heç kim müştərilərə alış-veriş qərarı verməsi üçün məcbur etmir.

Xalid Kərimli Xalid Kərimli

“Niyə risk olsun? Qiyməti endirirlər, satış üçün endirimlər tətbiq edirlər. Qiymət endiriləndə vaxtı keçmiş, yararsız, keyfiyyətsiz məhsul satılmır. Qiymətdən asılı olmayaraq, onu satmaq icazələri yoxdur. Qiymət 100 dəfə bahalaşsın və ya 100 dəfə ucuzlaşsın, fərq etmir. Vaxtı keçmiş, yararsız, keyfiyyətsiz məhsulların satılması ölkədə qadağandır. Kimsə bunu edirsə, artıq cinayət edir. Məsələ məsuliyyət yaradır. Vətəndaşın səhhətinə zərər vurularsa, ümumiyyətlə cinayət məsuliyyəti yarada bilər.

Qiymət endirimi məhsulun keyfiyyətsiz olması anlayışı deyil, sadəcə marketinq alətidir, yeni müştərilərin cəlbi kimi məsələlər var. Bəzilərində endirimlər kifayət qədər bütün portfeli əhatə edir. Bəzilərində sadəcə müştəri cəlb etmək üçün endirim edirlər. Burda mən heç bir risk görmürəm. Müştəriləri heç kim məcbur etmir ki, alış-verişə qərar versin. Ehtiyacları olmayan məhsulları almasınlar”, – deyə Xalid Kərimli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »