Polşanın cənub-şərqindəki Rzeszov və Lyublin şəhərlərindəki iki hava limanı qırıcı təyyarələrin uçuşundan sonra müvəqqəti olaraq bağlanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Hava Nəqliyyatı Agentliyi məlumat verib.
Agentlik "X" sosial media platformasında paylaşım edərək bildirib ki, "Rzeszov və Lyublin hava limanları hərbi təyyarələrin istismar azadlığını təmin etmək üçün müvəqqəti olaraq bağlanıb".
Daha əvvəl Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Varşavanın iddia etdiyi kimi Ukraynada dron hücumları təhlükəsi səbəbindən Polşa və NATO qırıcı təyyarələrinin ölkə üzərindəki hava məkanında uçuşlar həyata keçirdiyini bildirmişdi.
Qadir, Bizimyol.info






