Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib
İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib

İran Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun strateji su yolu üzərində ehtimal olunan nəzarəti barədə bəyanatları fonunda ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının nümayəndəsi bildirib.

"Əvvəlki xəbərdarlıqlardan sonra biz ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcəyik", - o deyib.

Nümayəndənin sözlərinə görə, İran Silahlı Qüvvələri kommersiya və neft tankerlərinin keçidinin təhlükəsizliyinə qarşı istənilən pozuntu və ya təhdidə, əgər bunlar müəyyən edilmiş marşrutlardan kənarda və İran hakimiyyətinin icazəsi olmadan həyata keçirilərsə, qətiyyətlə cavab verəcək.

İran ordusunun nümayəndəsi həmçinin bildirib ki, ABŞ ilə istənilən əməkdaşlıq və ya onlara logistik dəstəyin göstərilməsi İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə aktı kimi qiymətləndiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »