Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küləkdən qoruyan "arxadaş", günümüzdə "arkadaş"-dost deyilən insan münasibətlərinə ad qazandırıb - Video
Küləkdən qoruyan "arxadaş", günümüzdə "arkadaş"-dost deyilən insan münasibətlərinə ad qazandırıb - Video

Bu yaxınlarda yolum Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksindən düşmüşdü. Qala kəndində yerləşən Bakının açıq səma altındakı ilk muzeyində sərgilənən bir daş diqqətimi çəkdi. Bu daş “arxadaş” adlanırdı. Qeyd edilirdi ki, bu daş küləkdən qorunmaq üçün daldalanacaq kimi istifadə edilirmiş.

Daş haqqında lövhədə xüsusi olaraq vurğulanmışdı ki, "arkadaş"–dost sözü də, məhz bu daşın adından təsirlənərək meydana çıxıb. Amma arkadaş –dost sözü "arka" və "daş" sözlərinin birləşməsindən əmələ gəlib. Bu birləşmədə "arka" sözü kiminsə arxasında durmaq və ya izləmək deməkdir, "-daş" şəkilçisi isə ortaqlığı və ya birliyi bildirən şəkilçi kimi istifadə olunur. Buna görə də, bu söz bir-birini dəstəkləyən insanları təsvir etmək üçün yaranıb.

Qədim türkcə "arka" sözünün ortaqlığı bildirən "-daş" şəkilçisi ilə birləşdirilməsi ilə əmələ gəlib. Mənası: "Arka" sözü məcazi mənada "dəstək" və "köməkçi" deməkdir. "-daş" şəkilçisi, "yoldaş" və "qardaş" kimi digər sözlər kimi, ortaqlıq və ya birlik vəziyyətini göstərir. Bu iki elementin birləşməsi ilə "daş" sözü "bir-birini dəstəkləyən kimsə" mənasını verir.

Göründüyü kimi arkadaş sözü arxadaş sözündən təsirlənərək meydana çıxıb. "Arkadaş" sözünü hamımız eşitmişdik, amma bu sözün arxadaşdan təsirlənərək yaranması ilk dəfə eşidirik...

Bəs sizin arxanızı dönüb, rahat şəkildə etibar edəcəyiniz əsl "arkadaş"ınız varmı?

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »