Finlandiya, Norveç və İsveç kimi Skandinaviya ölkələri dünyanın ən xoşbəxt ölkələri sırasındadır. Maraqlıdır ki, bu ölkələrin sakinləri lüks həyatı seçmir, israfdan uzaq dururlar. Onlar üçün xoşbəxtlik bahalı paltarlarda və dəbdəbəli əşyalarda deyil. Bu cəmiyyətlərdə xoşbəxtliyin əsas sirri çox şeyə sahib olmaq deyil, heç nəyə ehtiyac duymamaqdır. Maddiyyata əsir düşməmək, daim nəyinsə dalınca qaçmamaq, daxili rahatlıq və azadlıq hissidir onların xoşbəxtliyinin təməlidir.
Nə qədər çox ehtiyac hiss etsən, bir o qədər çox şeyin dalınca qaçacaqsan. Və bu da səni yoracaq, gərginləşdirəcək. Bu xoşbəxtlik bahalı maşınlardan, brend paltarlardan, çoxmərtəbəli villalardan gəlmir. Xoşbəxtlik, bir şeyin yoxluğunu hiss etməməkdir. Əşyaların deyil, azadlığın bolluğudur.
Xoşbəxtliklə əsarət arasında görünməz bir xətt var. Skandinaviya insanı o xətti çoxdan keçib: azla kifayətlənməyi, sadə yaşamağı bacarıb. Bəlkə də biz xoşbəxtliyi çox uzaqda axtarırıq. Halbuki, sadəliyin içinə nəzər yetirsək...
Günel Həsənova, Bizimyol.info






